Şakira ilə Pike 2022-ci ildə ayrıldıqdan sonra uzun müddət birbaşa danışmır, yalnız vasitəçilər — əsasən Şakiranın qardaşı Tonino vasitəsilə əlaqə saxlayırdılar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2025-ci ilin sonunda vəziyyət dəyişib. Artıq onlar birbaşa telefon və ya WhatsApp vasitəsilə danışırlar. Bu, onların emosional olaraq “barışdığı” anlamına gəlmir; əksinə, münasibət yalnız yetkin və praqmatik valideynlik ünsiyyəti kimi xarakterizə olunur.
Şakira həmçinin Barcelonada Pike ilə ortaq evi satıb. Bu addım onun həm maliyyə, həm də emosional baxımdan tam müstəqilliyini tamamlaması kimi qiymətləndirilir.