"Netflix" dünyaca məşhur bu şirkəti alır 

17:48 - 05 Dekabr 2025

\"Netflix\" dünyaca məşhur bu şirkəti alır 

"Netflix" "Warner Bros" şirkətini 82,7 milyard dollara satın almaq üçün razılığa gəldiyini açıqlayıb. Əməliyyatın 12-18 ay ərzində tamamlanması gözlənilir.


Manset.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, əməliyyatın öz kapital dəyəri 72 milyard dollar olaraq müəyyən edilib.

"Netflix" "Warner Bros Discovery" studiyaları və axın xidmətini əldə etmək üçün ən yüksək təklifi verib. Şirkətin açıqlamasında qeyd edilib ki, razılaşma həm "Netflix", həm də "Warner Bros Discovery (WBD)" idarə heyətləri tərəfindən yekdilliklə təsdiqlənib. Satınalmanın WBD-nin Discovery Global bölməsinin yeni bir şirkətə ayrılma prosesinin tamamlanmasından sonra baş tutacağı, bu ayrılmanın isə üçüncü rübdə bitməsi gözlənildiyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az