Tehranda polis postlarına hücum - Ölənlər var

00:42 - 12 Mart 2026

Tehranda polis postlarına hücum - Ölənlər var

İranın paytaxtı Tehranda polis nəzarət-buraxılış məntəqələrinə edilən bir neçə hücum nəticəsində 10-a yaxın təhlükəsizlik əməkdaşı həlak olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, polis postlarına qarşı terror hücumları nəticəsində bir qrup təhlükəsizlik əməkdaşı həyatını itirib.

Mənbələr həmçinin şəhərin bir neçə məhəlləsində partlayışlar və toqquşmaların baş verdiyini bildiriblər.

Onların iddiasına görə, hücumlar İsrailin “Mossad” kəşfiyyat xidməti tərəfindən təxribat məqsədilə təşkil olunub.

Toqquşmaların qeydə alındığı ərazilərdə vəziyyət hazırda hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az