"ABŞ və İsrail qüvvələri İranın ən qədim bankının filialına daxildə əməkdaşların olduğu vaxtda zərbə endirib".
Manset.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında paylaşım edib.
"İranın milli infrastrukturu hücuma məruz qalıb. Bu dəfə ölkəmin ən qədim bankının çoxsaylı əməkdaşının olduğu filialı bombardman edilib", - deyə o bildirib.
Əraqçi qeyd edib ki, bank işçiləri həmin vaxt Yeni il ərəfəsində iranlıları ərzaqla təmin etmək üçün işləyirdilər.