Ahmet Çakar azadlığa buraxıldı

17:27 - 08 Dekabr 2025

Ahmet Çakar azadlığa buraxıldı

Adı mərc oyunlarında hallanan keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar azadlığa buraxılıb. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbol üzrə mərclər və korrupsiya ilə bağlı istintaq çərçivəsində həbs edilən və ürək tutması şübhəsi ilə xəstəxanaya yerləşdirilən Ahmet Çakar üçün qərar verilib. 

Qeyd edək ki, Ahmet Çakar cümə günü həbs olunmuşdu. Həbs zamanı ürək tutması şübhəsi ilə xəstəxanaya yerləşdirilən Çakar, anjiyo keçirildikdən sonra sağlamlıq vəziyyəti səbəbindən həbs qərarı ləğv olunub.

Çakarın xəstəxanada müalicəsi davam edir və sağalma prosesinə əsaslanaraq, müalicəsi bitdikdən sonra məhkəməyə təhvil verilməsi ilə bağlı göstəriş verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az