Türkiyəli məşhur müğənnini məhkəməyə verdilər 

10:04 - 09 Dekabr 2025

Türkiyəli məşhur müğənnini məhkəməyə verdilər 

Mustafa Sandal, 7 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Emina Jahoviç ilə yenidən məhkəməyə düşüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mustafa Sandal və Emina Jahoviç 2018-ci ildə qarşılıqlı razılıqla boşanmışdılar.

İkili arasındakı protokola əsasən, uşaqların himayəsi anaya verilmişdi. Protokol çərçivəsində cütlüyün Beykozda yerləşən evi satılacaq, satıldıqdan sonra əldə olunan gəlirdən 2 milyon dollar Emina Jahoviçə ödəniləcək, 500 min dollar isə uşaqların təhsil xərcləri üçün istifadə olunacaq. Bundan əlavə, Sandalın keçmiş həyat yoldaşına Serbiyanın bir şəhərində mənzil alması, müntəzəm aliment ödəməsi və Emina Jahoviç ilə uşaqları üçün istənilən vaxt avtomobil kirayə verməyi öz üzərinə götürməsi qərara alınmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az