İngiltərədə 13 yaşlı bir qız sosial mediada yayılan bir trendə qoşularaq həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ailəsi tərəfindən yatağında hərəkətsiz halda tapılan qızın evdə tapılan deodorant və bənzər məhsulların buxarlarını nəfəs alaraq qısa müddətli zövq almasına səbəb olan "chroming" adlı sosial media trendi nəticəsində həyatını itirdiyi məlum olub.
Leikşir bölgəsində yaşayan 13 yaşlı Tiegan Jarmanın həyatını xilas etmək mümkün olmayıb.