Türkiyənin Kayseri şəhərində 368-373-ci illərdə Aziz Basileios tərəfindən inşa edilən pulsuz xəstə baxımı, yataq xəstələrinin müalicəsi və həkimlərin olduğu dünyanın ən qədim xəstəxanası kimi qiymətləndirilən bina aşkar olunub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, tarixçi yazıçı Halit Erkiletlioğlu, “Bütün bu sahənin köklü şəkildə arxeoloji qazılara məruz qalması lazımdır. Üstündəki gecəqonduların götürülməsi vacibdir. Dünya tarixi üçün çox önəmli bir nöqtədəyik. Çoxsaylı mənbələr mövcuddur” - deyib.