Rusiyanın İvanovo bölgəsində hərbi yük təyyarəsi qəza edib. Təyyarədə 7 nəfərin olduğu bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyinin açıqlamalarına görə, çərşənbə axşamı günü bir Rus hərbi yük təyyarəsinin, təmir və baxımdan sonra həyata keçirilən test uçuşu zamanı ölkənin İvanovo bölgəsinə düşdüyünü bildirib.
Hadisə zamanı təyyarədə 7 nəfərin olduğu və onların sağ qalıb-qalmadığı barədə məlumatın hələ məlum olmadığı qeyd edilib.
Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlamasında, "Bu gün İvanovo bölgəsində təmir sonrası həyata keçirilən test uçuşu zamanı bir AN-22 tipli hərbi yük təyyarəsi qəza etdi" - deyib.
Açıqlamada həmçinin, "Təyyarə yaşayış sahəsi olmayan bir əraziyə düşdü" - ifadələrinə yer verilib.
Nazirlik axtarış-xilasetmə komandalarının əraziyə göndərildiyini və hadisə ilə bağlı araşdırma başladıldığını qeyd edib.