79 yaşlı türkiyəli usta aktyor Halil Ergünə anju edildiyi bildirilib. Sevənlərini narahat edən Halil Ergün son sağlamlıq vəziyyətini paylaşıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, usta aktyor Halil Ergünün bir neçə gün əvvəl qəflətən halı pisləşərək özəl xəstəxanaya yerləşdirilmişdi. 79 yaşlı sənətçinin edilən müayinələrdə ürəyinin əsas damarlarından birində ciddi daralma olduğu müəyyən edilmişdi. Həkimlərin sürətli müdaxiləsi ilə Ergünə stent yerləşdirilərək damar tıxanıqlığı aradan qaldırılmışdı.
Halil Ergünün əməliyyatının uğurlu keçdiyi və sağlamlıq vəziyyətinin yaxşılaşdığı bildirilib. Sənətçinin ehtiyat tədbiri olaraq bir gün boyunca xəstəxanada müşahidə altında saxlanılacağı qeyd olunub.