Avropa İttifaqı (Aİ) Komissiyası "Google"un onlayn məzmunları süni intellektin təlimi üçün istifadə etməsinin rəqabətə zidd davranış sərgilədiyi iddiası ilə əlaqədar istintaq başladılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyası "Google"a qarşı mümkün rəqabət hüququnun pozulması ilə bağlı istintaq başladığını açıqlayıb.
Açıqlamada "Google"un nəşriyyatçıların onlayn məzmunlarını onlara uyğun kompensasiya ödəmədən və məzmunlarının istifadəsini rədd etmə imkanı vermədən istifadə etməsindən narahatlıq duyulduğu qeyd edilib. Həmçinin, "Google"un süni intellektinin üçüncü tərəflərin onlayn məzmunları ilə qanunsuz şəkildə faydalandığı iddialarının araşdırılacağı bildirilir.