Sarı dənizdə gərginlik - Raketlər ard-arda atıldı

11:01 - 10 Dekabr 2025

Sarı dənizdə gərginlik - Raketlər ard-arda atıldı

Cənubi Koreya Silahlı Qüvvələri Baş Qərargahı (JCS) Şimali Koreyanın Sarı Dəniz istiqamətinə təxminən 10 topçu raketi atdığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyadan Cənubi Koreya ilə hərbi gərginliyi artıracaq bir addım gəldi. Cənubi Koreya Silahlı Qüvvələri Baş Qərargahından (JCS) verilən açıqlamada, Pionqyanqın çoxsaylı top atəşləri etdiyi qeyd olunaraq, “Ordu, dünən yerli vaxtla saat 15:00 radələrində Sarı Dənizin şimalına doğru təxminən 10 topçu raketi atıldığını müəyyən etdi” - deyilib.

Atışlara dair ətraflı analizlərin davam etdiyi vurğulanan açıqlamada, “Ordu, Cənubi Koreya və ABŞ-ın güclü birgə müdafiə mövqeyi çərçivəsində Şimali Koreyanın hərəkətlərini yaxından izləyir və hər hansı bir təxribata təsirli şəkildə cavab verə biləcək hərbi güc və müdafiə mövqeyini qoruyur” - ifadələri yer alıb.

Şimali Koreyanın son addımının ümumiyyətlə dekabr ayında keçirdiyi müntəzəm qış təlimlərinin bir hissəsi ola biləcəyi qeyd olundu. Atışda istifadə edildiyi ehtimal edilən 240 millimetrlik çoxlu raket buraxılış sistemi ilə Seul və ətraf ərazilərin də təhdid altında olması, təhlükəsizlik narahatlıqlarına səbəb olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az