Zelenskidən gözlənilən açıqlama - Bu həftə qan tökülməsinə son qoyula bilər 

23:28 - 10 Dekabr 2025

Zelenskidən gözlənilən açıqlama - Bu həftə qan tökülməsinə son qoyula bilər 

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yayımladığı açıqlamada sülh planı üzərində işlərin davam etdiyini bildirib və “Bu həftə hamımız üçün qan tökülməsinə son qoymağa dair yeni xəbərlər gətirə bilər” - deyə qeyd edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski paylaşımında Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə intensiv fəaliyyət davam etdirildiyini vurğulayıb.

Prezident əlavə edib ki, müharibədən sonra Ukraynanın və onun iqtisadiyyatının bərpası üçün zəruri məsələlərlə bağlı bu gün ABŞ tərəfi ilə görüş keçiriləcək. “Ukrayna üçün hər bir məsələ etibarlı və ləyaqətli şəkildə həll olunmalıdır”, - deyə Zelenski bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az