Məşhur müğənninin avtomobili restorana çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR

17:52 - 01 Yanvar 2026

Məşhur müğənninin avtomobili restorana çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR

Türkiyədə məşhur müğənninin idarə etdiyi avtomobil restorana çırpılıb.


Manset.az xəbər verir ki, İstanbulun Esenyurt rayonunda "Moğollar" musiqi qrupunun qurucularından olan tanınmış musiqiçi Cahit Berkay qəza keçirib. 

Məlumata görə, Berkayın idarə etdiyi avtomobil sükan idarəetməsindən çıxaraq yol kənarındakı restorana daxil olub. Avtomobil restoranın içinə girərək dayana bilib.

Qəza nəticəsində Cahit Berkay yüngül xəsarətlər alıb. Restoranda çalışan bir ofisiant da yaralanıb. Hadisə zamanı restorana maddi ziyan dəyib.

Sözügedən görüntüləri təqdim edirik:





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az