Fişəng partladı - 1 ölü, 283 yaralı

20:12 - 01 Yanvar 2026

Fişəng partladı - 1 ölü, 283 yaralı

İtaliyada dekabrın 31-dən yanvarın 1-ə keçən gecə pirotexniki vasitələrin partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər isə xəsarət alıb.


Manset.az Report-a istinadən xəbər verir ki, 2026-cı ildə ağır xəsarətlərlə 54 nəfər xəstəxanaya yerləşdirilib. Ölüm faktı Romada qeydə alınıb: 63 yaşlı kişi keyfiyyətsiz pirotexniki vasitənin partlaması nəticəsində həyatını itirib.

Yaralananlar arasında 68 azyaşlı var. Qurumun məlumatına görə, Neapol yaxınlığındakı Kazerta şəhərində Yeni il gecəsi 9 yaşlı uşaq əlindən güllə yarası alıb.

Nazirliyin məlumatına əsasən, xəsarət alanların sayı ötən illə müqayisədə bir qədər azalıb. Belə ki, ötən il 309 nəfər yaralanmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az