Türkiyədə güclü qar yağdı - Məktəblər bağlandı 

23:15 - 01 Yanvar 2026

Türkiyədə güclü qar yağdı - Məktəblər bağlandı 

İstanbulda yağan güclü qar şəhərdə təsirini göstərməyə davam edir. Qar yağışı və mümkün buzlanma riski səbəbindən Şilə, Sarıyer və Beykoz rayonlarında sabah məktəblərdə dərslər dayandırılıb.


Manset.az xəbər verir ki, bundan başqa, Osmaniye, Sakarya, Kocaeli və Konya vilayətlərinin bir sıra ərazilərində də yanvarın 2-si qeyri-dərs günüdür.

Qeyd edək ki, Türkiyədə güclü qar yağışı ölkəboyu bir sıra çətinliklərə yol açıb. Diyarbakır, Kastamonu və s. vilayətlərdə qar uçqunu barədə xəbərdarlıq edilib. Artvin vilayətində isə 6 çoban qar uçqunu altında qalıb. Onlardan üçü xilas edilib, ikisinin isə meyiti tapılıb. Üçüncü çobanın axtarışları havanın pisləşməsi səbəbindən təxirə salınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az