İstanbulun Fatih rayonunda 20 yaşlı Y.Y. 2 aylıq uşağının nəfəs almadığını bildirərək təcili yardım (112) xidmətinə zəng edib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, sağlamlıq əməkdaşları uşağın həyatını itirdiyini və qarın nahiyəsində çökmə olduğunu müəyyən ediblər.. Araşdırma zamanı uşağın 5 noyabrda doğulduğu, 3,2 kq çəkidə xəstəxanadan çıxdığı, öldüyü gün isə təxminən 2 kq olduğu məlum olub.
Ananın uşağın səhər saatlarında öldüyünü bildirməsi və son 3 gündür uşağı qidalandırmadığını deməsi üzərinə Y.Y. və dini nikahla birlikdə yaşadığı B.Y., eyni evdə olan nənə A.Y. və baba Y.E.Y. də saxlanılıb. Şübhəlilər barədə “qəsdən öldürmə” maddəsi ilə cinayət işi açılıb.