Yalovada 3 polisin şəhid olduğu İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatla bağlı saxlanılan 42 İŞİD üzvündən 26-sı həbs edilib.
Manset.az xəbər verir ki, şəhər üzrə eyni vaxtda keçirilən əməliyyatlar zamanı 42 şübhəli saxlanılıb.
26 nəfər məhkəmə qərarı ilə həbs olunub.
Qeyd edək ki, 29 dekabr tarixində Yalovada terrorçulara qarşı əməliyyat zamanı silahlı toqquşma baş verib.
Açılan atəş nəticəsində 3 polis şəhid olub, 8 polis əməkdaşı və bir mühafizəçi yaralanıb. Baş verən toqquşma zamanı 6 terrorçunun isə zərərsizləşdirildiyi açıqlanıb.