Çinin avtomobil istehsalçısı "BYD", elektrikli avtomobil satışlarında "Tesla"nı ötərək dünyanın ən böyük EV satıcısı olmağa yaxınlaşıb. Şirkətin açıqlamasına görə, 2024-cü ildə batareyalı avtomobil satışları təxminən 28% artaraq 2,25 milyonu keçib.
Manset.az xəbər verir ki, analitiklərin proqnozlarına əsasən, "Tesla"nın 2025-ci il üzrə ümumi satışları təxminən 1,65 milyon avtomobil səviyyəsində qalacaq. Bu da "BYD"nin amerikalı rəqibini illik satışlarda ilk dəfə geridə qoyması deməkdir.
"Tesla" üçün il çətin keçib: yeni modellərə zəif maraq, Elon Maskın siyasi fəaliyyəti ətrafında narahatlıqlar və Çinli istehsalçıların artan rəqabəti satışlara mənfi təsir göstərib. Şirkət qiymətləri aşağı salmaqla vəziyyəti düzəltməyə çalışsa da, tənqidlər davam edir.
Bu arada "BYD", Çin bazarında artan rəqabətə və bir sıra ölkələrin yüksək gömrük rüsumlarına baxmayaraq, Latın Amerikası, Cənub-Şərqi Asiya və Avropada sürətlə genişlənir. Şirkət Böyük Britaniyada satışlarının bir ildə 880% artdığını açıqlayıb.