Venesuela Ali Məhkəməsi vitse-prezident Delsi Rodrigezi dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra edən şəxs təyin edib.
Manset.az xəbər verir ki, hakim Tania D'Amelio bu barədə "Venezolana de Televisión" televiziya kanalında məlumat verib.
O vurğulayıb ki, Venesuela Ali Məhkəməsi (TSJ) Respublikanın icraçı vitse-prezidenti Delsi Rodrigezin Venesuela Konstitusiyası və qanunlarına ciddi şəkildə uyğun olaraq Respublika Prezidentinin vəzifələrini dərhal icra etməsini əmr edib.
Hakim izah edib ki, bu qərar Venesuela Ali Məhkəməsinin Konstitusiya Palatası tərəfindən əvvəlki gün baş verən xarici hərbi təcavüzə, eləcə də Venesuela Prezidenti Nikolas Maduronun oğurlanmasına cavab olaraq verilib. D'Amelio əlavə edib ki, qanunvericilik şərhi Ali Məhkəmə tərəfindən prezidentin məcburi yoxluğu halında dövlətin inzibati davamlılığını və ölkənin müdafiəsini təmin etmək üçün tətbiq edilməli olan hüquqi rejimi müəyyən etmək üçün hazırlanıb.
Xatıradaq ki, yanvarın 3-də ABŞ qüvvələri Venesuelaya hücum edərək Prezident Maduro və həyat yoldaşı Siliya Floresi əsir götürüblər.