İran ABŞ və İsraili təhdid etdi 

13:00 - 11 Yanvar 2026

İran ABŞ və İsraili təhdid etdi 

Bu gün İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf ölkədə keçirilən ümumxalq etirazları fonunda ABŞ və İsraili təhdid edib.


Manset.az-ın məlumatına görə, Qalibaf bildirib ki, hər hansı xarici hücum Tehranın İsrail və ABŞ-nin regional bazalarını qanuni hədəf kimi nəzərdən keçirməsinə səbəb olacaq.

Onun sözlərinə görə, İran qanuni müdafiəni yalnız hərəkətdən sonrakı reaksiya ilə məhdudlaşdırmır və Amerikanın hərbi hücumu halında həm işğal olunmuş ərazi, həm də ABŞ hərbi və gəmiçilik obyektləri İranın qanuni hədəfləri olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az