Ekvadorun turizm mərkəzlərindən Puerto Lopezdə bir çimərlikdə ip ilə asılmış beş insan başı tapılması ölkədə şok yaradıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, polis hadisənin narkotik kartelləri arasındakı münaqişələrlə əlaqəli ola biləcəyini qeyd edib.
Ölkədə 2025-ci ildə 9 minə yaxın cinayətin baş verdiyi və bu ilə qədərki ən qanlı il olduğu bildirilir. Ekvadorda narkotik kartelləri arasındakı zorakılıq, turizm mərkəzlərini hədəf alan yeni görüntülərlə yenidən gündəmə gəlib.