"Tramp İrana qarşı hava zərbələrini istisna etmir" - Ağ Ev

23:39 - 12 Yanvar 2026

\"Tramp İrana qarşı hava zərbələrini istisna etmir\" - Ağ Ev

ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün bütün variantları, o cümlədən hava zərbələrini nəzərdən keçirir.


Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə açıqlamasında bildirib.

    “Düşünürəm ki, Prezident Trampın çox yaxşı bacardığı məqamlardan biri bütün variantları daim masada saxlamaqdır. Hava zərbələri Ali baş komandanın ixtiyarında olan çoxsaylı variantlardan yalnız biri ola bilər. Diplomatiya isə prezident üçün həmişə birinci seçimdir”, - Ağ Ev rəsmisi qeyd edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az