Türkiyənin Malatya şəhərində zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, axşam saatlarında baş verən zəlzələnin 3.6 bal gücündə olduğu bildirilib.
AFAD-ın məlumatlarına əsasən, zəlzələnin yerin 7.16 kilometrlik dərinliyində meydana gəldiyi bildirilib. İlk təhlillərə görə, hər hansı bir zərər dəyməyib. Zəlzələ şəhər mərkəzi və ətraf rayonlarda qısamüddətli panikaya səbəb olub.