İranda 28 dekabrdan etibarən davam edən etirazlar nəticəsində həyatını itirənlərin sayının ən azı 646-ya çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılanların sayısının isə 10.721-ə çatdığı açıqlanıb.
Açıqlamada etirazlarda həyatını itirənlərin içində 9-u uşaq olmaqla 505 etirazçı, 133 hərbçi və hüquq-mühafizə əməkdaşı, 7 etirazlarda iştirak etməyən mülki şəxs və 1 prokuror olduğu bildirilib. Bəzi ölüm hallarının hələ də araşdırıldığı qeyd olunub.