ABŞ-ın "Washington Post" qəzetinin məlumatına görə, İranın içindəki etirazlar başlamadan əvvəl, Tel-Əviv və Tehran bir-birinə qarşı hücum başlatmamağı vəd edib.
Manset.az xəbər verir ki, qəzetin mövzu ilə əlaqədar məlumatlı olan rəsmi şəxslərə istinadən verdiyi xəbərə görə, 2025-ci ilin dekabrının sonunda başlayan etirazlardan bir neçə gün əvvəl İsrailin rəsmi şəxsləri Rusiyanın vasitəçiliyi ilə İran hökumətinə bir mesaj göndərib.
Bu mesajda İsrailə qarşı hər hansı bir hücum başlanılmadığı müddətcə İranın hədəf alınmayacağı bildirilib. Cavab olaraq, İran hökumətinin də ilk hücumu başlatmayacağını açıqladığı qeyd olunub. Həmçinin, İranın etirazların başlanmasından bir neçə gün əvvəl, İsrail və İran arasında Rusiyanın vasitəçiliyi ilə qarşılıqlı olaraq "ilk hücumu başlatmama" barədə qarşılıqlı təminatlar verildiyi iddia edilib.