Yaponiya Baş naziri Takaiçi Sanae erkən ümumi seçkilər üçün Nümayəndələr Palatasının 23 yanvarda ləğv ediləcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Baş naziri Takaiçi Sanae mətbuat konfransında erkən seçkilərlə bağlı açıqlamalarda olub.
Məlumata görə, Takaiçi Nümayəndələr Palatasının erkən keçirilməsi planlaşdırılan ümumi seçkilər üçün 23 yanvar cümə günü ləğv ediləcəyini bildirib.
Yaponiya tarixində ilk qadın baş nazir olaraq 2025-ci ilin oktyabrında vəzifəyə başlayan Takaiçi, bu erkən seçki qərarı ilə "baş nazirlik vəzifəsini riskə atacağını və bu vəzifədə qalması və ya qalmaması barədə seçicilərin qərarını alacağını" - bildirib.
Yaponiya hökumətinin iqtidar partiyasının rəsmilərinə görə, seçki kampaniyasının 27 yanvarda başlayacağı və səsvermənin 8 fevralda keçiriləcəyi gözlənilir.