Təcili siqnal göndərdi - Sonra yoxa çıxdı

17:40 - 20 Yanvar 2026

Təcili siqnal göndərdi - Sonra yoxa çıxdı

Yaponiyanın Kumamoto prefekturasında üç nəfəri daşıyan turist helikopteri yoxa çıxıb.


Manset.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb. Bildirilib ki, helikopter Aso dağı ətrafında uçarkən pilotla əlaqə kəsilib.

Məlum olub ki, bir pilot və Tayvandan olan iki turisti daşıyan helikopter yoxa çıxmazdan əvvəl təcili siqnal göndərib.

Səlahiyyətlilər ərazidə axtarış-xilasetmə əməliyyatlarının başladığını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az