Uzun illər həm yazdığı ssenarilər, həm də uğurlu aktyor oyunu ilə Türkiyə kinosunda diqqət mərkəzində olan Qupse Özay son vaxtlar keçirdiyi fiziki dəyişikliklə gündəmə gəlib. Xüsusilə son görüntüsü sosial şəbəkələrdə “necə arıqlayıb?” suallarını doğurmuşdu. Məşhur aktrisa bu dəyişikliklə bağlı maraq doğuran səbəbi ilk dəfə açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, son dövrlər arıqlaması ilə müzakirə olunan Qupse Özayın çəki itirməsinin sirri maraqla qarşılanırdı. Televiziya proqramlarından birinə müsahibə verən aktrisa çəki azalmasının hər hansı pəhriz proqramı ilə deyil, sağlamlıq problemləri ilə bağlı olduğunu etiraf edib.
Özay doğuşdan sonra bağırsaqlarında yaranan xoralı kolit xəstəliyi ilə mübarizə apardığını bildirərək bunları deyib:
“Yaxşı tərəfi bu oldu – arıqladım, amma pis tərəfi də var, çünki bu, kifayət qədər narahat edən bir xəstəlikdir. Özümü saxlamağa çalışıram. Çünki çoxlu tərif eşitdim. Deməli, arıqlamağım lazım imiş. Hərəkətlərim də daha sürətli olub”.