İranda keçirilən etirazlarda həyatını itirənlərin sayının 4.902-ə çatdığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) tərəfindən məlumat verilib.
Açıqlamada həmçinin 26.541 nəfərin də həbs edildiyi qeyd olunub.