16 mindən çox terrorist təslim oldu

15:45 - 22 Yanvar 2026

16 mindən çox terrorist təslim oldu

Nijerya ordusu ölkənin şimal-şərqində aparılan terrorla mübarizə əməliyyatları çərçivəsində 16 mindən çox terrorçunun təslim olduğunu açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədəki terror təşkilatlarına qarşı aparılan "Hadin Kai Əməliyyatı"nın komandiri Abdulsalam Abubakar verdiyi açıqlamada koordinasiyalı hərbi əməliyyatların bölgədə təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırdığını bildirib.

Abubakar ölkənin şimal-şərqində aparılan terrorla mübarizə əməliyyatları çərçivəsində 16 mindən çox terrorçunun təslim olduğunu, çox sayda təşkilat rəhbərinin zərərsizləşdirildiyini qeyd edib.

Ölkədə artan təhlükəsizlik şəraiti ilə yanaşı mülki əhalinin yenidən yaşadığı ərazilərə qayıtmağa başladığını və iqtisadi fəaliyyətlərin canlandığını bildirən Abubakar, "İnsanların ata yurdlarına dönməsi uğurun əsl göstəricisidir" - deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az