Ukrayna ABŞ və Rusiya ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə tam tərkibdə danışıqlar komandasını göndərəcək.
Manset.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Davosda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin tərkibinə Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun birinci müavini Sergey Kislitsa, Ali Radada "Xalqın xidmətçisi" fraksiyasının lideri David Araxamiya və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi Andrey Qnatov daxil olacaq.
Zelenski qeyd edib ki, bu, texniki səviyyədə üçtərəfli görüş olacaq.