"BƏƏ-dəki danışıqlarda ərazi məsələsi müzakirə ediləcək" - Zelenski

22:54 - 22 Yanvar 2026

\"BƏƏ-dəki danışıqlarda ərazi məsələsi müzakirə ediləcək\" - Zelenski

BƏƏ-də Rusiya-Ukrayna-ABŞ arasında üçtərəfli danışıqlarda ərazi məsələsi müzakirə ediləcək.


Manset.az Novosti.live teleqram kanalına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Düşünürəm ki, üçtərəfli görüşlərdə biz bir-birimizə variantlar təqdim edəcəyik. Onlar ölkəmizin şərqi ilə bağlıdır. Bu, torpaq məsələsidir", - Ukrayna lideri deyib.

O əlavə edib ki, bununla belə bu məsələ ilə bağlı yekun qərarlar hələ qəbul edilməyib.

Daha əvvəl Zelenski yanvarın 23-24-də BƏƏ-də Rusiya-Ukrayna-ABŞ nümayəndələrinin görüşünün keçiriləcəyini elan etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az