Fransa rus tankerinə əl qoydu

15:27 - 23 Yanvar 2026

Fransa rus tankerinə əl qoydu

Fransa Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “Kölgə Donanması”na aid olduğu iddia edilən neft tankerini Aralıq dənizində saxlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa hakimiyyət orqanları Rusiyanın beynəlxalq sanksiyaları pozmaq məqsədilə istifadə etdiyi “Kölgə Donanması”nın tərkib hissəsi olduğu şübhəsi ilə Aralıq dənizində bir neft tankerinə əl qoyub. Fransız ordusu Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə səhər saatlarında İspaniya ilə Mərakeş arasında yerləşən sularda tankerə əməliyyat keçirib.

Fransız rəsmilərin bildirdiyinə görə, Rusiyanın şimalındakı Murmansk limanından yola çıxan “Grinch” adlı tanker saxlanılıb və hərbçilər gəmiyə çıxıb. Fransanın dənizçilik qurumları tankerə baxış zamanı gəminin bayrağının qanuniliyinə dair şübhələrin təsdiqləndiyini açıqlayıb.

Məlumata görə, tanker saxlanıldıqdan sonra onun hərəkət istiqaməti dəyişdirilib. Lakin gəminin yeni marşrutu barədə əlavə məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az