Nyu-Yorkdakı banka girən maral panikaya səbəb olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən banklardan birinə daxil olan gözlənilməz “qonaq” hər kəsi təəccübləndirib. Banka girən maral qısa müddətdə təşviş yaradıb.
Hadisə zamanı yaranan panik anlar müşahidə kameraları tərəfindən qeydə alınıb. Bank əməkdaşları və müştərilər baş verənlər qarşısında böyük çaşqınlıq yaşayıblar.