Bu dərmana qadağa qoyuldu

18:22 - 23 Yanvar 2026

Bu dərmana qadağa qoyuldu

İngiltərədə aspirin ixracına qadağa qoyulub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə istehsal və təchizat sahəsində yaranmış problemlər səbəbindən hökumət aspirini ixracı qadağan olunan məhsullar siyahısına daxil edib. Bildirilir ki, ölkədə xüsusilə ürək-damar və insult xəstələri üçün həyati əhəmiyyət daşıyan aşağı dozalı aspirinə çıxışda ciddi çətinliklər yaranıb. Məlumata görə, bəzi apteklər dərmanı zərərinə satmaq məcburiyyətində qalıb.

İngiltərə hökuməti ölkədə müşahidə olunan kəskin təchizat çatışmazlığı səbəbindən aspirinin ixracının müvəqqəti olaraq dayandırıldığını açıqlayıb. Rəsmi məlumatlarda vurğulanır ki, insult və infarkt riskinin azaldılması məqsədilə istifadə olunan aşağı dozalı aspirinin tapılmasında ciddi problemlər yaşanır. Bu vəziyyətin əsas səbəbi kimi istehsalda gecikmələr və bazarda təklifin kifayət qədər olmaması göstərilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az