Rusiya bombardman təyyarələri Baltik dənizi üzərində 5 saatlıq uçuş həyata keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirliyin məlumatında bildirilir ki, Rusiya Hava və Kosmik Qüvvələrinə aid “Tu-22M3” uzun mənzilli bombardman təyyarələri planlı uçuş həyata keçirib.
Açıqlamada qeyd olunub ki, uçuş müddəti 5 saatdan çox olub və “Su-35” və “Su-30SM” döyüş təyyarələri bombardman təyyarələrinə müşayiət edib.