"TikTok" ABŞ-də qadağan olunacaq?

22:17 - 23 Yanvar 2026

\"TikTok\" ABŞ-də qadağan olunacaq?

TikTok ABŞ-da fəaliyyətini davam etdirmək üçün yeni ortaq müəssisə yaradıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da qadağan olunma təhlükəsi ilə üzləşən "TikTok" fəaliyyətini davam etdirmək məqsədilə əksəriyyəti amerikalı investorların payına düşən yeni ortaq müəssisə yaradıb. Razılaşma tətbiqin ən böyük bazarı olan ABŞ-da gələcəyini, ən azı indiki mərhələdə, təmin altına alıb.

Çin mənşəli sahibliyi səbəbindən ABŞ-da qadağa riski ilə qarşılaşan TikTok bu prosesdə mühüm addım atıb.

Şirkət bildirib ki, ABŞ-dakı əməliyyatları idarə edəcək və paylarının əsas hissəsi amerikalı investorlara məxsus olacaq yeni ortaq müəssisə təsis edilib. Bu addım TikTok-un ən böyük bazarı hesab olunan ABŞ-da fəaliyyətini davam etdirməsinə imkan yaradıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az