Vaşinqtonda fövqəladə vəziyyət - "Məcbur qalmadıqca çölə çıxmayın"

23:12 - 23 Yanvar 2026

Vaşinqtonda fövqəladə vəziyyət - \"Məcbur qalmadıqca çölə çıxmayın\"

ABŞ-ın paytaxtı Vaşinqtonda güclü qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın şərq sahillərini həftəsonu əhatə edəcəyi gözlənilən qar fırtınası səbəbindən paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib. Sakinlərə nəqliyyat vasitələrini fövqəladə xidmət marşrutlarında saxlamamaq və zəruri hallar istisna olmaqla evdən çıxmamaq tövsiyə olunub.

Vaşinqton şəhərinin meri Muriel Bowser yazılı açıqlamasında yaxınlaşan qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini bildirib. O qeyd edib ki, şənbə günü başlaması gözlənilən fırtına ilə bağlı bütün zəruri tədbirlər görülüb.

Mer sakinləri ehtiyatlı olmağa çağıraraq, avtomobillərin fövqəladə hallar üçün nəzərdə tutulmuş yollarda saxlanılmamasını və məcburiyyət olmadıqca qapalı məkanlardan kənara çıxılmamasını tövsiyə edib.

Məlumata görə, hazırda ABŞ əhalisinin təxminən üçdə ikisi güclü qış fırtınası və kəskin soyuq hava şəraiti ilə üz-üzədir. Proqnozlara əsasən, qar fırtınası bu həftəsonu ölkənin şərq sahillərinə doğru irəliləyəcək.

ABŞ mediasında yayılan hava proqnozlarına görə, fırtınanın gətirdiyi qar və buz örtüyü Texas ştatından Nyu-İnglend bölgəsinədək təxminən 3 min kilometrlik məsafədə təsirli olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az