Məşhur türkiyəli aktyordan ETİRAF - "Atam bir dəfə də olsun..."

16:54 - 27 Yanvar 2026

Məşhur türkiyəli aktyordan ETİRAF - \"Atam bir dəfə də olsun...\"

Özəl həyatını gözlərdən uzaq yaşamağı üstün tutan müvəffəqiyyətli aktyor Cihangir Ceyhan həyatına dair etdiyi səmimi etiraflarla gündəmə gəlib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, son dövrlərdə diqqətləri üzərinə toplayan aktyorun bu açıqlamaları məşhurlar dünyasında böyük bir hadisəyə çevrilib.

Cihangir Ceyhan 6 fevral 1989-cu ildə Adanada ailəsinin ən kiçik uşağı olaraq dünyaya gəlib. Ata tərəfdən Elazığlı, ana tərəfdən isə Diyarbakırlı olan Ceyhan, Anadolu Universitetinin İdarəetmə Fakültəsindən məzun olduqdan sonra İstanbulda iki buçuk il kamera qarşısında aktyorluq təhsili alıb.

Təhsilini başa vurduqdan sonra doğulduğu və böyüdüyü Adanaya qayıdan Ceyhan burada iştirak etdiyi layihə ilə diqqətləri üzərinə çəkməyə başlayıb.

Öz atası ilə münasibətindən də bəhs edən aktyor, sərt bir ünsiyyət mühitində böyüdüyünü qeyd edib: "Sərt olmağın heç bir şey qazandırmadığını gördüm. Zərif və məqbul olmaq daha yaxşıdır. Atamla qarşılıqlı ünsiyyət quraraq həll etdiyimiz bir şey çox olmadı. O danışar, amma dinləməzdi. Mən 12 il basketbol oynadım, amma atam bir gün belə matçımı izləməyə gəlmədi".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az