Umman sahillərində Fransız turistləri daşıyan qayıq fırtına nəticəsində batıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.
Umman Krallığı Polisindən verilən açıqlamaya görə, batan qayıq ölkənin Muttrah vilayətindəki Sultan Qaboos Limanından 2,5 dəniz mili (təxminən 4,6 kilometr) dərinlikdə, 25 Fransız turistin olduğu qayıq olub.
Yüngül yaralanan 2 nəfərə təcili tibbi yardım komandaları tərəfindən hadisə yerində müalicə edildiyi qeyd olunub, rəsmilər isə qəzanın səbəbləri ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.