İranda ABŞ dollarının məzənnəsi azad bazar tarixində ən yüksək həddə çataraq 153 min tümən səviyyəsini keçib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, bununla da milli pul vahidi azad bazarda tarixi minimum səviyyəyə enib.
Son dövrlərdə İran milli valyutasında müşahidə olunan kəskin dəyər itkiləri, ABŞ-nin ağır sanksiyaları altında olan ölkədə illik inflyasiyanın 44,6 faizə çatması ilə eyni vaxta təsadüf edir.
Rəsmi məlumatlara əsasən, ərzaq məhsullarının qiymətləri illik hesabla 89,9 faiz artıb, 2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı dövründə isə aylıq inflyasiya 7,9 faiz təşkil edib.