Hindistanın Qərbi Benqal ştatının Barasat şəhərində iki nəfərin Nipah virusu daşıdığı təsdiqləndikdən sonra, yerli hakimiyyət orqanlarının genişmiqyaslı ictimai səhiyyə tədbirləri gördüyü bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan Səhiyyə Nazirliyi Nipah virusuna qarşı görülən tədbirlərlə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, Hindistanda Qərbi Benqal ştatında 2025-ci ilin dekabr ayından etibarən cəmi iki Nipah virusu hadisəsi aşkarlanıb və bu hallarla təmasda olmuş şəxslərin hamısının test nəticələri mənfi çıxıb.
Bəzi kütləvi informasiya vasitələrində Nipah virusu ilə bağlı “yanıldıcı” və “səhv” yoluxma rəqəmlərinin yayılması ilə bağlı narahatlıq ifadə olunan açıqlamada ictimaiyyətə yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar edilməsi çağırışı edilib.