Rusiyada içkili olduğu iddia edilən ata kiçik oğlunu 7-ci mərtəbədəki mənzilinin pəncərəsindən ipə bağlayaraq aşağı sallayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə anında uşağın dəfələrlə "Məni tut" deyə yalvardığı, ətrafdakı yetkin şəxslərin isə sadəcə hadisəni izləməyərək heç nə etmədikləri müşahidə edilib. Voronej Vilayəti Prokurorluğu hadisə ilə bağlı öz təşəbbüsü ilə araşdırma başladığını açıqlayıb. Ata və ananın isə laqeydlik və zorakılıq şübhəsilə müayinəyə alındığı bildirilib.
Hadisəyə aid görüntülərdə yaşının 5-6 olduğu təxmin edilən uşağın gecə saatlarında pəncərədən çölə çıxarıldığı görünür. Təxminən 80 metr hündürlükdə baş verən hadisədə uşaq, ipin köməyi ilə bir neçə metr aşağı endirilib. Daha sonra isə yenidən yuxarı qaldırılıb.


