Mağazalarda satılan içkilərə bu maddəni qarışdırdı - Honq-Konqda skandal 

16:50 - 28 Yanvar 2026

Mağazalarda satılan içkilərə bu maddəni qarışdırdı - Honq-Konqda skandal 

Honq Konqda yaşayan yaşlı kişi bir il boyu məşhur qazlı içkilərə sidiyini qarışdırıb və bunları marketlərə paylayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bəzi istehlakçıların içki şüşələrini qeyri-adi taparaq şikayət etməsi nəticəsində bu iyrənc qalmaqal üzə çıxıb. Məhkəməyə çıxarılan 63 yaşlı şübhəlinin müdafiəsi isə dəhşətə gətirib.

Yaşlı kişi daha sonra bu şüşələri Honq Konqdakı bir neçə tanınmış marketə yerləşdirib. Lo-nun hərəkətləri nəticəsində ən az beş fərqli filialda sidik qarışdırılmış içki şüşələri tapılıb.

9 yaşında bir uşağın 18 iyul 2025-ci ildə bir marketdən aldığı qazlı içkini içdikdən sonra xəstəlik əlamətləri göstərərək xəstəxanaya aparılıb. Aparılan araşdırmalar nəticəsində həqiqət ortaya çıxıb. Eyni gün xəstəxanadan buraxılan uşağın qalıcı bir sağlamlıq problemi olmadığı açıqlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az