Türkiyənin Muğla şəhərində telefonla əlaqə quraraq özünü polis kimi tanıdıb təxminən 2 milyon türk lirəsi dəyərindəki qızılını alaraq vətəndaşı aldadan şübhəli saxlanılıb və həbs olunub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddiaya görə, şübhəli Akkuşa evindəki qızılların bir qaçaqçılıq ilə əlaqəli olduğunu və barmaq izi yoxlaması ediləcəyini bildirib. O, qızıl-zinət əşyalarını evə gələcək mülki polislərə təhvil verməsini istəyib.
Evə gələn şübhəliyə təxminən 2 milyon türk lirəsi dəyərindəki qızıllarını verən Akkuş bir müddət sonra aldadıldığını anlayıb və hadisəni jandarmaya bildirib.
Aparılan araşdırmalarda şübhəli 24 yaşlı Umut Can Kalelinin hadisə yerinə bir səyahət paylaşım tətbiqi üzərindən tapdığı avtomobillə gəldiyi, qızılları aldıktan sonra eyni üsulla əvvəlcə Denizliyə, daha sonra isə Bodrum şəhərinə getdiyi müəyyən edilib.