"Aİ İrana qarşı sanksiyaları təsdiqləyib" - KİV

19:17 - 28 Yanvar 2026

\"Aİ İrana qarşı sanksiyaları təsdiqləyib\" - KİV

Avropa İttifaqına üzv ölkələrin səfirləri İrana qarşı sanksiyaların tətbiqini təsdiq ediblər.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu qərar ölkədə etirazların qəddarlıqla yatırılması nəticəsində minlərlə insanın həlak olması və İranın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək göstərməsi ilə bağlıdır.

“Aİ səfirləri İranda etirazların yatırılması ilə bağlı Tehranla bağlı sanksiyalara “yaşıl işıq” yandırdılar – 15 nəfər və 6 təşkilat hədəfdədir. Bundan əlavə, İranda Ukraynaya qarşı müharibəyə kömək göstərənlərə qarşı ayrıca sanksiyalar tətbiq olunub – 4 nəfər və 6 təşkilat”, – “Azadlıq Radiosu”nun redaktoru Rikard Yozvyak bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az