Rusiya və Ukrayna arasında görüş keçiriləcək

23:18 - 28 Yanvar 2026

Rusiya və Ukrayna arasında görüş keçiriləcək

Rusiya və Ukrayna fevralın 1-də Əbu-Dabidə Ukrayna nizamlanması üzrə danışıqları ikitərəfli formatda davam etdirəcək.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

    Onun sözlərinə görə, ötən həftə BƏƏ-də uzun fasilədən sonra ilk dəfə ABŞ-ın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib. Həmin danışıqlarda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, eləcə də amerikalı sahibkar Cared Kuşner, Rusiya və Ukrayna nümayəndələri iştirak edib.

    Marko Rubio bildirib ki, bu həftə planlaşdırılan növbəti görüş artıq ikitərəfli formatda keçiriləcək və bu mərhələdə Stiven Uitkoff və Cared Kuşner iştirak etməyəcək.

    Bununla belə, zərurət yaranacağı təqdirdə ABŞ nümayəndələrinin danışıqlara qoşula biləcəyi istisna edilmir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az