Nijeryada heyvandan insana keçən Lassa qızdırması xəstəliyi səbəbindən bu il 17 nəfərin həyatını itirdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nijerya Xəstəliklərin Nəzarət Mərkəzindən verilən açıqlamada 1 yanvardan etibarən Lassa qızdırması epidemiyasının ölkənin 8 əyalətinə yayıldığı qeyd edilib.
Açıqlamada bu müddət ərzində 39 Lassa qızdırması hadisəsinin qeydə alındığı, epidemiyanın səbəb olduğu 17 ölümün baş verdiyi bildirilib.
Epidemiyaya bağlı ölüm nisbətinin hələ də yüksək qalmasına baxmayaraq, 2025-ci ilin eyni dövrü ilə müqayisədə biraz daha aşağı olduğu vurğulanıb.
Xəstəlikdən ən çox təsirlənənlərin 21-30 yaş arası böyüklər olduğu qeyd edilərək, qadınların bu virusdan kişilərə nisbətən 6 dəfə daha çox təsirləndiyi bildirilib.