Avropa İttifaqı dörd rusiyalı televiziya jurnalistinə - Dmitri Quberniyev, Yekaterina Andreyeva, Pavel Zarubin və Mariya Sittelə, həmçinin artistlər Roman Çumakov (təxəllüsü – Roma Jiqan) və Sergey Poluninə qarşı sanksiyalar tətbiq edib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, Avropa İttifaqı onların hamısını peşəkar jurnalist və yaradıcılıq fəaliyyəti çərçivəsində Ukrayna ilə bağlı Rusiya Federasiyası hökumətinin fəaliyyətini dəstəkləməkdə ittiham edib.
Aİ-nin fərdi sanksiyaları Avropa İttifaqı ərazisinə girişin qadağan edilməsini, həmçinin mövcud olduğu təqdirdə Avropa banklarında yerləşən istənilən maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutur.